White Square Belarusiyanın paytaxtı olan Minsk şəhərində hər il keçirilən illik beynəlxalq reklam və marketinq festivalıdır. Sözügedən festival artıq doqquzuncu dəfədir ki, keçirilir. Festival bu il 27-29 Aprel tarixlərində keçiriləcək.



"White Square" Şərqi Avropanın əsas yaradıcı hadisələrindən biridir. Hər il festivalda MDB və Avropanın 25-dən çox ölkəsinin nümayəndələri iştirak edir. Festivalın müsabiqələrində - 1000-dən çox iş, biznes-forumda - 700-dən çox təyin edilmiş nümayəndə vardır. Ətraflı məlumatı tədbirin rəsmi saytından əldə edə bilərsiniz: www.adfest.by



"White Square" Belarusun Rabitə və Marketinq Agentlikləri Assosiasiyasının reklam agentliklərinin kreativlik reytinqlərinə, Ümumukrayna Reklam Koalisiyasına, bütün seqmentlərdə Rusiyanın Rabitə Agentliklərinin Assosiasiyasına, Azərbaycan və Mərkəzi Asiya ölkələrinin kreativlik reytinqinə daxil olur.



Xatırladaq ki, Facemark.az saytı bu il də "White Square" festivalının media partnyoru oldu.