Facebook test rejimində istifadəçilərinə xəbər lentindəki "bəyənmədim" düyməsini təklif edir. TechCrunch-ın qeyd etdiyinə görə, Facebook öz istifadəçilərinə "bəyənmədim" düyməsindən istifadə imkanı verəcək.



Sosial şəbəkə xəbər lentində hissləri ifadə etmək üçün istifadə edilən emojiləri kopyalayacaq. İstisna olaraq xəbər lentində olmayan "bəyənmədim" ifadəsi aşağı çevrilmiş baş barmağı emojisidir.



Bəyənmədim işarəsini qrup çatında istifadə etmək olacaq. İstifadəçilər onun kimin tərəfindən göndərildiyini görə biləcəklər.



Facebook bu yeniliyi test etdiyini təsdiq edib. Bunu daha əvvəl sosial şəbəkələr postların qiymətləndirilməsi üçün facebooka təklif etdilər, lakin facebook neqativ mesajların artması qorxusundan imtina edirdi. Xatırladaq ki, hisslərlə yazıların qiymətləndirilməsi bölməsi 2016-cı ilin fevral ayında yaranıb. Ənənəvi "bəyəndim" düyməsinin yerində "super", "ha-ha", "wow!", "kədərləndim", "əsəbləşdim" seçimləri mövcud oldu.