WPP holdinqi marketinq və reklam texnologiyaları sahəsində razılaşmaların sayına görə liderlik qazanıb. 2017-ci ilin ilk rübündə marketinq və reklam startaplarının iştirakı ilə 219 razılaşma imzalanıb. Keçən ilin axırı ilə müqaisədə birləşmərin sayı azalıb. Ötən rübdə razılaşmaların sayı 238 təşkil edib.



Ən aktiv alıcı 9 razılaşma imzalayan WPP holdinqi seçilib. Ardınca 4 razilaşma ilə Dentsu və Publicis, 3 razılaşma ilə Havas yer alıb. Keçən ilin lideri 43 razılaşma ilə yapon şirkəti Dentsu seçilmişdi. Bu ilin lideri WPP şirkəti isə 34 razılaşma ilə ikinci yerdə qərar almışdı.



Ən çox tələb olulanlar arasında rəqəmsal agentliklər(27 razılaşma) və inteqrasiya olmuş agentliklər(23 razılaşma) yer alır. Ən çox razılaşma Şimali Amerika(87), Qərbi Avropa(61) və Asiya-Sakit Okean bölgəsində(37) imzalanıb.



İnvestorların və ənənəvi biznesin proyektlərə olan marağın artması rəqəmsal keçidin tezləşməsinə səbəb olub. Buna misal olaraq Time inc. tərəfindən Adelphic satın alınması, Entravision kompaniyasının Headway əldə edilməsi və CitizenNet Conde Nast nəşriyyat qrupuna birləşdirilməsini gətirmək olar.