Keçdiyimiz həftə Analar günü qeyd olundu. Qeyd edilməsi ən vacib olan günlərdən olan bu gün ölkəmizdə son illərdə daha çox yayılmağa, diqqət çəkməyə başlayıb. Lakin hələ də, layiq olduğu diqqəti cəlb edə bilməyib. Sadə vətəndaşlar arasında yavaş-yavaş yayılsa da, Azərbaycanda markalar tərəfindən kampaniyalar təşkil olunacaq, rekamlar çəkiləcək qədər diqqət edilmir.



Xarici markaların bu günə özəl olaraq hazırladığı bir-birindən özəl duyğusal olan, sırf duyğulara xitab edən reklamları var. Sizin üçün 4 maraqlı Analar günü reklamını seçdik. Buna 4+1 də deyə bilərik. Sonuncu bir növ bonus sayıla bilər.



1. Zales the diamond shop analar gününə xüsusi hazırlaşan markalardandır. #UnplugForMom həştəqi ilə yayımladığı reklamla gənclərin texnologiya aslılığına və ətrafındakı insanlara qarşı laqeydliyinə diqqət çəkməyə çalışıb.



Video linkdədir:



https://www.youtube.com/watch?v=4CSildiEdws



2.Nissanın reklamı haqqında nəsə deyib, sürpriz sonluğun dadın qaçırmaq istəmirəm. Özünüz izləyin. ;)



https://www.youtube.com/watch?v=gFnJSZ45lmQ



3. Türklər reklam çəksin və duyğulandırmasın? Özdə belə bir gündə !? Yenə gözlər yaşlı, yenə üzlərdə türk reklamçılarından razılıq hissi...Opet də Analar gününü qeyd edənlər siyahısındadır.



https://www.youtube.com/watch?v=gLo5SqImq-Q



4. Valideynlərin texnologiyaya adaptasiyası, yaşadıqları maraqlı anlar reklam dünyası üçün uzun müddət mövzu oldu və artıq alışdıq. Bəs analar illərin sürücüsü kimi maşınlardan danışsa idi, necə reaksiya verərdik? Sualınızın cavabını reklamın sonu ilə müqayisə edin. Xanımın yük maşınını uşaq kimi əzizləməsi reklama ayrı bir gözəllik qatır.



https://www.youtube.com/watch?v=hXgkUd9T0LU



Və 4+1 bonusumuz



İstanbul metrosunu #MetroyaAnneEliDeğerse necə olar? deyə sual verib. Nəticəsinidə reklam "etməyib" sadəcə videoda göstərib. Aktrisa seçimidə çox uğurlu olub. Üzünüzdə bolca təbəssüm yaradacaq pozitiv video çarxdır.