Apple CEO-su Steve Jobs ilk iPhone-u 9 yanvar 2007-ci ildə Macworld Expo tanıtmış və telefon 29 İyun 2007-ci ildə bazara çıxmışdı. 10 ildən sonra iPhone, xəbərləşmə sənayesini necə dəyişdirdi? Recode-un təqdim etdiyi məlumatlardan yığdığımız 7 maddəlik cədvəli paylaşırıq.



1. iPhone, interneti hər kəsin cibinə gətirməyi bacardı





iPhone şübhəsiz ki, ilk ağıllı telefon deyil amma interneti hər kəsin cibinə gətirməsiylə xəbərləşmə sənayesində cığır açdı. Ericsonun aşağıdakı qrafikinə görə, 2007-dən bu yana mobil telefonlarında səs istifadəsindəki artım məhdudlaşarkən, məlumat trafikində artım böyük görünür. (Səs: Qırmızı, Məlumat: Bordo rəng ilə göstərilmişdir)



2. İPhone fotoqraflığı günlük həyatın parçası halına gətirdi





Ağıllı telefonların sahib olduğu kameralar gün gedərək az qala professional maşınlarla yarışır hala gəldi. Bunda iPhone-nun danılmaz bir payı var. KeyPoint Intelligence məlumatları bu il 1,2 trilyon fotoşəkil çəkiləcəyini və bunların 85%-nin telefonlardan gələcəyini aşkar edib.



3. App Store proqram təminatının yaratım və paylamasını kökdən dəyişdirdi





App Store və Google Play-dən bu ilin ilk rübündə 11 milyard dollara yaxın proqram satıldı.



4. iPhone insanların çalışma üsullarını dəyişdirdi





5. iPhone saqqız satışlarının düşməsinə səbəb oldu





Bilindiyi kimi supermarket kassalarında ödəmə üçün gözləyərkən kassa kənarlarında saqqız və ya kiçik qəlyanaltılar qoyulur. İnsanlar ödəmə üçün kasalara yaxınlaşarkən ümumiyyətlə bu cür yeməklərə baxar və satın alma meylinə girər. iPhone bu meyli tərsinə çevirdi və insanlar kassalarda telefonlarıyla məşğul olmağa başladı. Bunun nəticəsində də ABŞ-da saqqız satışları düşdü. Euromonitor International məlumatları 2007-dən bu yana saqqız satışlarının 15% düşdüyünü ortaya çıxarır.



6. Apple, iPhone sayəsində dünyanın ən nüfuzlu şirkəti oldu





7. iPhone, Android ekosistemini də hərəkətə keçirdi





Araşdırma şirkəti Canaccord Genuity, Apple-ın 2018-ci ildə 241, Samsungun isə 404 milyon ağıllı telefon satacağını təxmin edir. iPhone bir çox ağıllı telefondan bahalı olduğunu və digər markalardan az satsa da, gəlir olaraq digərlərindən daha çox gəlirə çatdığını vurğulamaq lazımdır.