Facebook, istifadəçilərinin pulsuz və xalqa açıq Wi-Fi şəbəkələrini tapmasını təmin edən yeni "Wi-Fi tap" xüsusiyyəti ilə əhatə dairəsini genişləndirir. Facebook dünən etdiyi şərhdə istifadəçilərinin bu xüsusiyyəti həm iOS'da həm də Androidin dünya səviyyəsində istifadə edə biləcəklərini paylaşdı. Wi-Fi tap xüsusiyyəti, istifadəçilər üçün səyahət edərkən və xüsusilə mobil data şəbəkəsinin məhdud olduğu sahələrdə daha da rahat olaraq görünür.



"Wi-Fi tap" xüsusiyyətini necə istifadə edə bilərsiniz?



Bu xüsusiyyətə daxil olmaq istəsəniz Facebook mobil tətbiqinin "Daha çox" bölməsini ziyarət etməniz lazım ollacaq. "Wi-Fi tap" bölməsini aktiv etdikdən sonra isə sizə ən yaxın Wi-Fi nöqtələrini və Wi-Fi-lərin aid olduğu şirkətlər haqqında məlumatları göstərən bir xəritə təqdim edəcək.



Yaxşı bu xüsusiyyət Facebook-a nə qazandırır?



Facebookun aylıq 2 milyarda çatan istifadəçilərinin sosial şəbəkədə daha çox vaxt keçirməsi və bu xüsusiyyətin kafe və restoran kimi yerli biznesləri tapmağa kömək olması sayəsində Google Maps rəqib olmasıdır.