Gündəlik həyatımızda yeni layihələrin bir birinin ardınca reallaşması artıq bizim üçün adi bir hala çevrirlib. Sevindirici hal bu layihələrin insan üçün hər hansı faydası, təsiri olduğu an baş verir, belə ki, hər bir iş onun mahiyyəti həyata keçdiyi an uğurlu sayıla bilir. İnsan həyatına az da olsa təsir edə biləcək, layihənin bugün,sabah olmasa da, hər hansı hissəsi ilə hafizədə qalması və lazımı anda kömək olması layihənin nahaq yerə deyil, faydalı olduğunu isbatlayır. Belə ki, qıraqdan baxdığımız ən sadəcə gözucu gördüyümüz, bəlkə də heç maraqlanmadığımız layihələr üzərində onlarla insan əmək sərf edir, can qoyur.






Biznes partyorumuz olan Modern Hospitalla birgə 2016-cı il ərzində reallaşdırdığımız "Mən Yaşamağa Başladım" layihəsi adından da bəlli olduğu kimi sağlamlıqla bağlı olduğu üçün, həyatı vacib bir mövzu ilə əlaqəlidir. Layihə bugünümüzün əsas sağlamlıq problemlərindən biri olan piylənmə haqda, onun orqanizmə vurduğu ziyan və insana psixoloji təsiri kimi vacib mövzuları özündə birləşdirir. İlk onlayn realiti şou olaraq insanlara hal-hazırda ən çox istifadə olunan sosial şəbəkələr vasitəsilə mümkün qədər çox yayımlamağa çalışdığımız video buraxılışlar real insanların həyatından bəhs edirdi.






Layihənin məhz internet şəbəkəsi vasitəsilə yayımlanması, müasir dövrdə yaşamağımıza baxmayaraq, bu problemi yaşayan insanların özünə qapanmış və bir çox komplekslərlə dolu olduğunu səbəbindən qərara alınmışdır. Beləliklə, bununla biz hal-hazırda çoxlarının istifadə etdiyi sosial şəbəkə vasitəsilə bir çox problemli insanlarala rahatlıqla ünsiyyət qurub, onları düzgün məlumatlandırıb və həmçinin, canlı olaraq problemin həllini göstərmiş olduq. Hər video buraxılışda müxtəlif qəhrəmanların olmağına baxmayaraq, əslində çatdırmaq istədiyimiz bir vacib məsələ var idi. Sağlamlığınızı qoruyun! Layihənin adına fikir verdikdə anlamaq olar ki, qəhrəmanlarımız həyatda olaraq həyatdan küsmüş halda idilər. Lakin sonra bu cümlə, hər bir qəhrəmanın həyatında həqiqi bir mənaya çevrildi.






Maarifləndirmə məqsədi ilə düşünülən bu layihə ərzində insanlara piylənmənin ziyanları, orqanizmə vurduğu zərbələr və təhlükələri haqda məlumatıçatdıra bildiyimiz üçün çox qürurluyuq!






Modern Hospitalla birgəərsəyə gətirdiyimiz bu vacib layihəni uğurla başa vurduğumuz üçün çox şad və qürurluyuq. Bizə güvəndiyiniz üçün təşəkkürlər!


Layihənin video buraxılışlarını Modern Hospital-ın Fb səhifəsiYouTube kanalından izləyə bilərsiniz.



Yeni və uğurlu layihələr ümidi ilə Advert - MEC-in Azərbaycanda birləşdirici partnyoru.