Ağıllı telefon bazarına girəcəyinin siqnalını verən dünyanın ən məşhur kamera istehsalçılarından RED, Hydrogen One adını verdiyi telefonu üçün yeni patent üçün müraciət etdi. Firma, patentle birlikdə 8K dəqiqliyinə qədər video çəkə bilən bir telefon kamerası hazırlamağı planlayır.


Dövründən öndə olan ağıllı telefon olaraq hazırlanan cihazı digərlərindən ayıran ən önəmli xüsusiyyəti 3D vizual və səslər təqdim edəcək olan bir holografik ekrana sahib olmasıdır. Android əməliyyat sistemi ilə işləyəcək olan telefonun ekranı 3 ölçülü videoları da dəstəkləyəcək.


Texnologiyada bir ilk olacaq


2018-ci ilin ilk rübündə satışa çıxması gözlənən Hydrogen One‘da vəd edilen yeniliklər həyata keçirilə bilərsə, ağıllı telefon təcrübəmiz əvvəlkinə görə çox daha fərqli ölçüyə qalxacaq kimi görünür. RED’in qurucusu Jim Jannard’a görə, təcrübə edilmədən təsvir etməyin olduqça çətin olduğu telefon daha əvvəl heç görülməmiş bir texnologiyaya sahibdir.


Hydrogen One’da olması gözlənən digər xüsusiyyətlər arasında ; 5.7 inç ölçüsündə ekran və stereo səsləri çox ölçülü səsə çevirəcək bir alqoritma yerləşir. RED’in web saytından öncədən sifariş etmək mümkün olan cihazın 1.195 və 1.595 dollarlıq iki versiyası mövcuddur.



Mənbəə: Digitalage


Mənbəə: Digitalage