#SMM2017 Business breakfast layihəsi ASAN Könüllülük Məktəbinin "ASAN kadr" karyera mərkəzi tərəfindən Azər-Türk Bank ASC, Qafqaz Baku Sport Hotel, Barama İnnovasiyalar və Sahibkarlıq Mərkəzi, MyBrands və SMM Maker kimi tərəfdaşların dəstəyi ilə artıq 2 ildir ki, həyata keçirilir.
Layihənin əsas məqsədi SMM sahəsində mütəxəssislər formalaşdırmaq, iştirakçılara bu sahə üzrə nəzəri və praktik töhfələr verməkdir.
#SMM2017 Business breakfast layihəsi bu sahədə marağı olan gənclərə gələcək iş həyatlarında böyük fayda verəcək proqramı təqdim edib və 15 spiker, 60 iştirakçını özündə cəmləşdirib. Qeyd etmək lazımdır ki, layihə yalnız spikerlərlə görüş deyil, həmçinin işəgötürənlərlə işgüzar naharı, təcrübə və bağlanış mərasimində yarışmanı nəzərdə tutur.
Bağlanış mərasimində iştirakçılar sertifikat və tərəfdaşlar tərəfindən hədiyyərlə mükafatlandırılıblar
Qeyd edək ki, ASAN Könüllülük Məktəbinin fəaliyyəti çərçivəsində artıq 12.000-dən çox gənc ASAN könüllüsü statusunu qazanıb. Məktəbin əsas məqsədi gənclərin təhsil səviyyəsindən, ixtisasından asılı olmayaraq onlara təcrübə qazandırmaq, karyera yüksəlişinə və ümumi inkişafa dəstək olmaqdır. Bunun üçün müəssisələri keyfiyyətli və hazırlıqlı kadrlarla təmin etmək, könüllülərin mövcud potensiallarını təkmilləşdirmək məqsədi ilə “ASAN kadr” karyera mərkəzi yaradılıb və 3 ilə yaxındır ki, fəaliyyət göstərir.