Məşhur avtomobil markası “Audi” hava və yoldakı vəziyyətə uyğun dəyişən məlumata söykənən billboard reklam hazırlayıb.



Facemark.az xəbər verir ki, Birləşmiş Krallığın nəqliyyat siteminə yerləşdirilən bu məlumatların mərkəzi billboardlar ekranlara məxsus bir çox hava, vaxt, yol şəraitinə görə özünü dəyişdirə bilən xüsusiyyətlərə sahibdir.



Bütün bu dəyişikliklər “Audi”nin avtomobil texnologiyasını sürücülərə ötürmək məqsədilə ağıllıca hazırlanıb.



Məsələn, əgər hava çox soyuq və yağışlıdırsa bu zaman bilboardlarda fərqli, tıxaclar olduğu təqdirdə isə başqa bir reklam yayımlanacaq.



Əlbəttə, bununla insanlar gedib “Audi” avtomobil almayacaq, amma uzunmüddətli dövr üçün əhəmiyyətə sahib olacağı bəllidir.



Ölkənin 9 fəqli şəhər və 211 fərqli ekranına qoşulu olan bu “ağıllı” billboadlar reklam texnologiyası platforması Open Loop və BBH London tərəfindən hazırlanıb.



Nəqliyyat və hava məlumatlarının birləşdirilməsiylə yaradılan billboardlar hər bölgədə fərqli kreativ bir reklamın yer almasını təmin edir.



Yaxşı hazırlanan bir billboard reklamının nə qədər təsirli ola biləcəyini bir daha göstərən “Audi”nin billboardları, açıq hava reklamcılığında texnologiya istifadəsinin müvəffəqiyyətli bir nümunəsidir.