Facemark.az dünyanı dəyişən bəzi reklam video və posterlərini təqdim edir.



"Coca-Cola"nın 1980 Super Bowl Reklamı




Əfsanəvi oyunçu Joe Greene əsəbi bir vəziyyətdə soyunma otağına gedir. Bu vaxt balaca uşaq ona "Coca-Cola" içməsini təklif edir. Uşağın bir neçə dəfə israrından sonra o bu təklifi qəbul edir və içkini içir. İçkini içdikdən sonra rahatlıq tapan oyunçu daha sonra uşağa öz formasını ərmağan edir.



1954 – Marlboro Man



“Leo Burnett Corporation” tərəfindən 1955-ci ildə yaradılıb. Məqsəd "Marlboro" siqaretlərinin alıcı kütləsini qadından kişiyə doğru dəyişmək olub.






1942 - We can do it!





İkinci Dünya Müharibəsi dövründə “Westinghouse Electric” şirkəti tərəfindən zavodda işləyən qadınlara motivasiya olsun deyə yayımlanıb. Bu gün də bir çox sahədə güclü qadın fiquru olaraq istifadə edilməyə davam edir.



1959 Think Small






“Volkswagen”in “Kiçik Düşün” kampaniyası o dövrün ən məşhur reklam agentliyi “Doyle Dane Bernbach” tərəfindən yaradılıb. Rəqiblərinin lüks reklam posterləri ilə müqayisədə daha sadə və satış hədəfli olması ilə fərqlənib. Şirkət beləcə bazara reklamda sadəlik şüarını da gətirmiş oldu.




1983: Friends Don’t Let Friends Drive Drunk






Reklam posteri 1983-cü ildə alkoqollu avtomobil idarəsi nəticəsində yaranan qəzaların sayını 50%-dən 31%-ə qədər azaltmağı bacarıb. Həmin dövrüdən sonra isə reklamçılıqda yeni mədəniyyət formalaşmışdı.



1988: Just do it.




"Nike" şirkətinin 25 yaşında olan sloqanı bu gün də unudulmazlar arasındadır. "Nike"ın ilk reklamlarından olan sloqanda 80 yaşında idmanla məşğul olan bir nəfərdən bəhs edir.



1988: Joe Camel




"Camel" şirkətinin 1980-ci illərdə şirkətin yaradılması ildönümü ilə əlaqədar hazırlanıb. Reklam posteri 1970-ci ildə İngiltərədə yayımlanan reklam posterindən ilhamlanaraq hazırlanıb.



Reklam yayımlandıqdan sonra isə anti siqaret müdafiəçiləri şirkəti məhkəməyə vermişdi. "Camel" böyük miqdarda pul cəzası ödəmişdi.



2012: Red Bull Stratos






Red Bullun çılğın Avtraliyalı pərəstişkarı Felix Baumgartner 2012-ci ildə 39,045 metrilk hündürlükdən yerə atlamış və tarixə keçmişdi. Reklam çarxını 8 milyon nəfər canlı izləyib. Demək olar ki, bu şirkətin ən uğurlu reklam kampaniyası adlandırmaq olar.



Mənbə: Pazarlamasyon.com