Paylaşdığı “tweetlər” ilə gündəm olan ABŞ prezidenti Donald Tramp ölkə saatı 19:00-da 11 dəqiqəliyinə “twitter”dən uzaq qalıb.



Facemark.az xəbər verir ki, ABŞ prezidentinin hesabına daxil ola bilməməsinin səbəbi hər nə qədər ilk mərhələdə insan xətası olaraq açıqlansa da daha sonra işin əslinin işdəki son gününü keçirən “twitter” işçisinin Trampın hesabını bağlaması olduğu məlum olub.



Açıqlama isə “Twitter Government” tərəfindən edilib.




“Twitter” istifadəçiləri isə vəziyyətdən xəbərdar olublar və prezidentin yoxluğundan dərhal sevinməyə başlayıblar.








Bu vəziyyət isə uzun müddət davam etməyib.