bazar ertəsi, 18 dekabr 2017

Layihə menecerindən tələb olunan 8 şəxsi keyfiyyət

223

Şirkətlərdə həyata keçirilən layihələrin uğurla başa çatması üçün bir çox faktor var; ali rəhbərliyin layihəni dəstəkləməsi, maraqlı tərəflərin və işçilərin layihəni mənimsəməsi, maliyyə və insan resursları ilə bağlı layihəyə lazımi dəstəklərin verilməsi və s.

Ancaq, layihənin əvvəldən axıra qədər arzu edilən şəkildə getməsini təmin edəcək olan şəxs layihə meneceridir. Nəticədə, bizim kimi bir insan olan layihə menecerində axtarılan bəzi fərdi xüsusiyyətlər vardır. Məhz bu xüsusiyyətlər ilə layihə meneceri digər idarəçilərdən sıyrıla və layihəni uğurla başa vurmaqda bir addım qabağa keçə bilər. Müxtəlif ədəbiyyatlarda bəzi kiçik dəyişikliklər olsa da layihə menecerindən tələb olunan aşağıdakı əsasən səkkiz xüsusiyyətin adı çəkilir:

1. Müştəri yönümlü olmaq:

Hər layihənin mütləq müştərisi vardır. Müştəri təşkilatın daxilində ola biləcəyi kimi təşkilatın xaricində yaxud, hər ikisi birdən də ola bilər. Uğurlu layihə menecerləri müştərini daima ön planda tutar. Müştərini diqqətlə dinləyər, istəklərini və tələblərini layihə komandası ilə birlikdə analiz edər və lazımi dəyişiklikləri həyata keçirər. Müştəridən gələn dəyişiklik tələbləri layihənin hər mərhələsində ola bilər.

Layihənin sonuna doğru gələn dəyişiklik tələbləri isə təbii ki, layihədə daha çox iş, insan resursu və vəsait itkisinə yol aça biləcəyi kimi xərcin artımına da səbəb ola bilər. Buna görə müştərinin dəyişiklik tələbləri, layihənin xüsusi dəyişikliyə nəzarət qrupu tərəfindən dəyərləndirilməli və buradan çıxan qərara əsasən dəyişiklik tətbiq olunmalı və ya rədd edilməlidir.

2. Planlaşdırma bacarığı:

Layihə meneceri layihəyə başlamazdan əvvəl ediləcəyi işlər (İR idarə edilməsi sahəsində), fəaliyyətlər (Fəaliyyət siyahısı üzərində) və 3 əsas ünsür olan "Əhatə dairəsi, Zaman və Xərc Planlarını" təşkil etməkdir. Layihənin tam və effektiv icrasında ilk addım yüksək səviyyəli və yüksək dəqiqliyə malik layihə planı yaratmaqdır.

Layihə planı meydana gətirərkən maraqlı tərəflərlə mümkün olduğu qədər çox danışıqlar aparılmalı "Beyin Fırtınası" və "Delphi texnikası" kimi texnikalarla planın son variantı hazırlamalıdır.

Əgər layihə meneceri, layihənin icrasına keçmədən əvvəl planı bitirə bilmir və icra ediləcək işləri bilmirsə, maraqlı tərəflər də lazımlı məlumatları ala bilmirsə son çarə olaraq "Mərhələli inkişaf" üsulunu tətbiq edilir. Bu sayədə layihənin icrası mərhələsində belə layihə planı yenilənir.

3. Elastiklik və həllə fokuslanmaq:

Həllə fokuslanmaq layihənin icrası prosesində layihə menecerinin ehtiyacı olan ən mühüm xüsusiyyətdir. Çünki, ortaya çıxan problemlər qarşısında layihə meneceri əvvəlcədən hazırlamış olduğu layihə planına baxmalı, təyin olunmamış risk və ya problem qarşısında mümkün həll istiqamətindən uyğun gələn cavabı verə bilməlidir.

Hələ fokuslanmaq, layihəni yaşanan çətinliklərdən çıxarmaqla yanaşı, hədəflər istiqamətində qərarlı şəkildə bir addım daha atılmasını təmin edir. Layihə meneceri elastik olması sayəsində, dəyişən şərtlərə və vəziyyətə dərhal reaksiya göstərərək uyğunlaşa bilməlidir.

4. Ünsiyyət və empatiya bacarığı:

Layihə menecerinin bəlkə də çox ehtiyac duyacağı xüsusiyyət budur. Çünki, layihə menecerinin işi 80-90% nisbətində "Effektiv ünsiyyət"dir.

Ünsiyyətin təsirli olması çox vacibdir. Çünki, layihə meneceri bütün maraqlı tərəfləri çox yaxşı dinləməli, nəyə ehtiyac olduğunu anlamalı, maraqlı tərəfləri güc-gəlir cədvəlinə uyğun şəkildə yerləşdirməlidir.

Layihə kommunikasiyası, layihənin bütün maraqlı tərəfləri ilə mütəmadi ünsiyyətdə olmağı zəruri edir. Empatiya qurmaq layihə menecerini bir addım irəliyə aparacaq. Bu xüsusiyyət sayəsində menecer maraqlı tərəfləri daha yaxşı anlayacaq və problemlərin əsl qaynağının nə olduğunu daha dəqiq şəkildə ortaya qoyacaq.

5. Özünə güvənmək və liderlik:

Layihə meneceri, layihənin hər mərhələsində layihəyə olan bağlılığı və marağını yüksək səviyyədə saxlamalıdır. Layihə meneceri layihəyə nə qədər güvənirsə maraqlı tərəflər və layihə komandasında layihənin hədəflərinə olan inanc da düz mütənasib olaraq artır. Layihəyə güvənməyin ilk addımı da layihə menecerinin özünə olan güvənindən asılıdır.

Layihə meneceri liderlik qabiliyyətindən istifadə edərək maraqlı tərəfləri və komandanı layihənin hədəflərinə istiqamətləndirə və cəsarətləndirə bilər. Layihə meneceri klassik müdir xüsusiyyətindən azad olub kütlələri ardınca apara bilən liderlik xüsusiyyətinə sahib olmalıdır.

6. Qazan – qazan prinsipinə fokuslanmaq:

Layihə meneceri, layihədə maraqlı tərəflərin hər birinin ayrı-ayrı istəkləri olduğunu və layihədən özlərinə uyğun müxtəlif gözləmələri olduğunu bilməlidir.

Bu səbəblə, layihənin icrası mərhələsində bəzən maraqlı tərəflər arasında qarşıdurmalar, mübahisələr yaranacaq. Maraqlı tərəflərin hər biri öz funksional işləri baxımından ən yaxşı nədirsə onu müdafiə edəcəkdir.

Layihə meneceri bu cür mübahisələrin normal bir proses olduğunu qəbul etməli və maraqlı tərəflər arasında ən uyğun həll metodunu müəyyən etməlidir. Hər şeydən əvvəl LM (layihə meneceri), problemlə üzləşməli və sonra da hər iki tərəfin xeyrinə olacaq şəkildə (qazan-qazan metodu) müzakirəni idarə etməlidir. Buradakı ən son variant məcburiyyət üsulu ilə son qərarı LM-nin özünün verməsidir.

7. Şəffaflıq və dərs almaq:

Uğurlu LM-i, layihəsinin müvəffəqiyyətlə sona çatması üçün əvvəllər icra edilmiş bənzər layihələrin formalarından nümunə olaraq istifadə edə bilər. Əvvəlki layihənin rəhbəri ilə ünsiyyət quraraq öz layihəsinə uyğunlaşdırma edə bilər.

Layihə meneceri dürüstlüyü, şəffaflığı ilə bütün maraqlı tərəflər üçün nümunə olmalıdır. Bundan başqa, layihənin cari vəziyyəti haqqında hesabatlar ilə layihə barəsində məlumatları bütün maraqlı tərəflərə bərabər səviyyədə paylaşılması layihənin düzgün formada irəliləməsi üçün çox əhəmiyyətlidir. Bu səbəbdən məlumatların paylanması və maraqlı tərəflərin gözləmələrinin idarə olunması proseslərinə maksimum dərəcədə diqqət yetirilməlidir.

8. Nəzarət və koordinasiya bacarığı:

Uğurlu layihə meneceri daima layihəsinin əsas planlarına (Əhatə dairəsi, Zaman, Xərc) nəzarət edir. Layihənin hər bir mərhələsində bu planları hədəflərlə müqayisə edərək qazanılmış dəyər metodunu həyata keçirir. Bu texnika ilə layihənin hədəflərdən nə qədər uzaqlaşdığını görə bilərsiniz. Variasiya analizi ilə də faktiki vəziyyət və hədəf arasındakı fərq müəyyən edilir.

Bu nəzarət sayəsində layihəyə erkən müdaxilə etmək mümkündür. Layihə meneceri, maraqlı tərəflər arasında, qruplar arasında, sponsor və müştəri ilə görüşlər də daxil olmaqla həmişə koordinasiya və təşkilati bacarıqlarından istifadə edir. Layihənin koordinasiya edilməsi yolu ilə görüşlər və işlər aparılır, layihəüçün mühüm qərarlar verilir. Layihənin uğurla başa çatması layihə menecerinin koordinasiya qabiliyyəti ilə birbaşa əlaqəlidir.

Mənbə: https://omurbenek.com/

Fərrux Rəhimov – Azərbaycan Dövlət Aqrar Universiteti

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün