“Apple” şirkətinin bazar dəyəri təxminən 900 milyard dollardır.



Facemark.az xəbər verir ki, cümə axşamı açıqlanan son 3 aylıq hesabata görə, şirkətin nağd və nağd pul aktivləri 268,9 milyard dollara çatıb.



Şirkətin böyüyən nağd pul kapitalına baxmayaraq, “Apple”ın CEO-su Tim Cook ən yeni ağıllı telefonda dörd rəqəmli qiymət etiketini müdafiə edir.



Ötən həftə ABŞ, Rusiya, İngiltərədə 999 dollara satışa çıxarılan “iPhone X”ın qiymətinin baha olmasını tənqid edənlərə qarşı şirkətin bir nömrəli rəsmisindən açıqlama gəlib.



Cook deyib: “Bir “iPhone X” almaq, keyfiyyətli qəhvə almağa bərabərdir”.



CEO bildirib ki, “iPhone X”-i ayda cəmi 33 dollara almaq mümkündür. Bunun bir ay boyunca qəhvəyə ayrılan pulla bərabər olduğunu bildirib.



Şirkətin İdarə Heyətinin sədri onu da qeyd edib ki, qiymət məhsulun keyfiyyətinin göstəricisidir:



“Qiymətlərin baha olduğunu başa düşürük. Amma satdığımız məhsulun dəyərinə uyğun qiymət müəyyən edirik”, - deyib.