“Samsung” markası ağıllı telefon istehsal etməyə başladıqdan bəri “Apple”la tənqidi ismarıclar göndərir.



Facemark.az Pazarlamasyon.com-a istinadən xəbər verir ki, şirkətin son 1 dəqiqəlik reklam çarxı “Böyümək” (Growing Up) də də bu ənənə pozulmayıb. Filmdə uzun illərdir “iPhone” istifadəçisi olan gənc bir oğlanla və “Samsung” telefon istifadə etməyi üstün tutan qızı görürük.



Zaman keçdikdə hər iki marka da yeni telefonlar bazara təqdim edir və və gənc oğlan yavaş-yavaş şübhəyə düşməyə başlayır. Parlaqlıq və su keçirməyən xüsusiyyətlərə sahib “Samsung” və “iPhone”un müqayisəli təhlili bu iki nəfərin başına gələnlər ilə izah edilir.



Gənc oğlanın “iPhone” ilə əlaqədar şübhələri artır və qız isə telefonun funksionallığından çox məmnundur. İllər sonra isə gənc oğlan Galaxy Note 8-ə sahib olur və reklamın sonunda onu daha da yetkin göstərən saç stili ilə “iPhone X” növbəsi gözləyən şəxslərin yanından keçir.



Ekspertlərin fikirlərinə görə isə, “Samsung”un yeni reklam çarxı əslində insanlarda bir fikir yaratdı: “Nəyə görə, onların növbəti telefonları Galaxy S8, S8+ ve Note 8 olmasın?