“2018-ci ilin dövlət büdcəsi layihəsi hazırlanarkən 2018-2021-ci illərdə makroiqtisadi proqnozlar və qlobal iqtisadi proseslər nəzərə alınıb”.



Facemark.az APA-ya istinadən xəbər verir ki, bu sözləri Maliyyə naziri Samir Şərifov Parlamentdə büdcə müzakirələri zamanı deyib.



Nazir bildirib ki, İlham Əliyevin rəhbərliyi altında görülən iqtisadi siyasət tədbirləri hədəflənən nəticələrə, yəni ölkədə makroiqtisadi sabitliyin bərqərar olmasına, milli valyutanın məzənnəsinin sabitləşdirilməsi və ona olan inamın bərpa olunmasının ilkin mərhələsinin təmin olunmasına cari ilin əvvəlindən ötən dövr ərzində nail olduğunu göstərir.



Nazir qeyd edib ki, 2018-ci ilin dövlət büdcəsi hazırlanarkən ölkənin müdafiə qabiliyyətinin daha da yüksəldilməsi, kənd təsərrüfatı sahəsinin inkişafı, məşğulluğun artırılması və sosialyönümlü tədbirlərin, əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı zəruri xərclərin prioritet olaraq qaldığını bəyan edib.



Samir Şərifov deyib ki, növbəti il dövlət büdcəsinin gəlirləri 20,127 mlrd. manat, xərcləri isə 20 mlrd. 905,7 mln. manat təşkil edəcək. Beləliklə, dövlət büdcəsinin 778,7 mln. manat kəsirlə icra olunacağı proqnozlaşdırılır.