ABŞ-ın məşhur geyim və ayaqqabı mağazası yeni reklam çarxı çəkib.



Facemark.az Adindex.ru-ya istinadən xəbər verir ki, “geyim və ayaqqabı brendi “Zappos” bir daha göstərdi ki, müştərilər şirkət üçün çox önəmlidirlər”, - deyə “AdWeek” yazır.



Yeni reklam kampaniyası “Zappos” mallarının alıcıları tərəfindən danışılmış real həyat süjetləri əsasında çəkilmişdi. Beləlikə, qısa və daha canlı çarxlar alınıb.



Birinci videoçarxda isə daha sürətli çatdırılma nəticəsində yoga dərsində qızların ürəyini fəth etmiş oğlandan danışılır. O, bununla digər idmançı rəqibləri gözə almalı olacaq.





İkinci videoçarxda həyat yoldaşının əşyalarını tapan kişinin onları geri qaytarmaq üçün qablaşdırması təsvir olunur.




Üçüncü videoda göstərilir ki, şirkət nə istədiyini bilməyən balaca balerina qızcığaz üçün ayaqqabı modellərini bir neçə dəfə dəyişir.





Qısa, canlı və əyləncəli videolar “Praytell” agentliyi tərəfindən çəkilib. Mənbələrin bildirdiyinə görə, bütün kampaniyanın büdcəsi 220 min dollar təşkil edib. Bütün videolar onlayn internet mağazası olan “Amazon” üçün hazırlanıb və “Zappos”un bütün səhifələrində və sosial şəbəkələrdə paylaşılıb.



Ülviyyə Əlizadə