Amerika Aviasiya Kosmik İdarəsi (NASA) onlayn tətbiq üzərindən avtomobil kirayələndirmə xidməti təklif edən Uber şirkəti ilə uçan taksi üçün istifadə olunacaq proqrama görə əməkdaşlıq edəcəklər.



Facemark.az xəbər verir ki, bu NASA-nın aşağı hündürlükdə olacaq uçuşlar üçün ilk addımı idi.



Uber-in CEO-su Jeff Holden saatda 322 km sürətlə hərəkət edəcək uçan taksilərini dörd sərnişin ilə birlikdə 2020-ci ildə Los Angelesdə test edəcək. Şirkət şəhərlərarası nəqliyyata isə 2023-cü ildə başlayacaq. Bunun üçün isə ABŞ və Avropanın rəsmi şəxsləri ilə danışıqlar aparılır.



Uberin çox sürətlə inkişaf etdiyindən danışan Holden, elektrik sənayesi və yerli uçan taksilər üçün çalışmalarını sürətləndirəcəklərini söyləyib. Holden, 2011-i ildən bu yana 600 şəhərdə xidmət göstərən Uber-in hava nəqliyyatında da yer nəqliyyatında olduğu kimi ağıllı telefonlardan istifadə edəcəklərini bildirib.



NASA-dan mövzu ilə əlaqədar açıqlama edilməyib, amma noyabr aynın əvvəlində şirkətin rəsmiləri bildirirdilər ki, hava nəqliyyatında kiçik və böyük şirkətlər ilə çalışırlar. Uber təyyarə dizaynı və hava nəqliyyatının idarərəedilməsi üçün lazım olan proqramına görə, NASA-nın ən təcrübəli işçilərində olan Mark Moore və Tom Prevot ilə ilin əvvəlindən işləməyə başlayıb.



Bu günə qədər bir çox ölkədə vergisiz fəaliyyət göstərən və taksi sürücülərinin işlərini əllərindən almaları ilə günahlandırılan Uber NASA-dan öncə Embraer, Mooney, Bell Helicopter ve Pipistrel Aircraft kimi şirkətlərlə masa arxası işgüzar danışıqlar aparıb.



Ülviyyə Əlizadə