Çinin ən böyük onlayn alış-veriş platforması olan “Alibaba” şirkətinin bu ölkədə hər il noyabrın 11-də qeyd edilən “Subaylar günü”ündə satışları ötən ilin analoji dövrü ilə müqayisədə 29% artıb. Şirkətin satışları 25,3 milyard dolları aşmaqla yeni bir rekorda imza atılıb.



Facemark.az xəbər verir ki, şirkət festivalın ilk 2 dəqiqəsində 1 milyard dollar, 30 dəqiqəsində 7 milyard dollara yaxın satış həyata keçirib.



Şirkətdən verilən məlumata görə, festivalın ilk beş dəqiqəsində ödəmə işlərində də rekorda imza atılıb. Saniyədə 256 min dollar ödəmə həyata keçirilib. Çində qeyd edilən bu festivalda “Alibaba”nın gəlirləri ABŞ-da alış-veriş çılğınlığının yaşandığı “Black Friday” və “Cyber Monday”nin toplam şatışlarını geridə qoyub.



Qeyd edək ki, “Alibaba”nın festivaldan bir gün öncə, cümə günü təşkil etdiyi açılış gecəsinə Nikole Kidman, Pharrell Williams kimi məşhur simalar qatılıb.