Türkiyədə bir çox sərmayə qoyan və son olaraq iyul ayında “Netlog Logistiki” alan xüsusi kapital fondu “Abraaj Group” KFC Türkiyəni alıb.



Facemark.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.



ABŞ vətəndaşı Yum Brandsa məxsus olan KFC Türkiyənin 104 restoranı ilə birgə “Abraaj Group”a satılmasına dair müqavilə son günlərdə imzalanıb.



Mövzu ilə əlaqədar müsahibə verən “Abraaj Group”un Türkiyə və Orta Asiya üzrə region başçısı Səlcuq Yorgancıoğlu “şərh yoxdur” deyib. Əldə edilən məlumata görə, satış işləri “Pragma” şirkəti tərəfindən həyata keçirilib.



Qeyd edək ki, “Abraaj Group” Afrika, Asiya, Latın Amerikası, Yaxın Şərq və Türkiyənin inkişaf bazarlarında fəaliyyət göstərən bir investordur.