Ötən gün İtaliya və İsveç arasında Dünya çempionatı üzrə seçmə mərhələsi keçirilib.



Facemark.az Pazarlamasyon.com-a istinadən xəbər verir ki, oyun 0:0 nəticə ilə bitib. Bu nəticədən sonra İtaliya komandası Dünya Çempionatına qatıla bilməyəcək.



İtaliya 1958-ci ildən bu yana ilk dəfədir ki, Dünya Çempionatında iştirak etmək hüququndan məhrum olub.



İsveçin dünya miqyasında tanınmış mebel şirkəti İKEA yarışdan sonra vəzifəsini itirən İtaliya komandasının texniki direktoru Gian Piero haqqında məzəli paylaşım edib.



İKEA mesajında deyir, “Onun bizə görə, vəzifəsindən getməsinə görə məyusuq, amma texniki direktora yeni kreslosunu biz hədiyyə edirik”. Applarö adlı kreslonun qiyməti isə 89 avro olub.



Bu mesajdan sonra İtaliya komandasının pərəstişkarları etiraz aksiyası ediblər. #boicottaikea həştəqi qısa zaman içərisində Twitterdə trend olub. İKEA-nın İtaliyadakı bəzi mağazaları isə pərəstişkarlar tərəfindən talan edilib.