Facemark.az Pazarlamasyon.com-a istinadən 2018-ci ilin trendləri olacaq sahələri müəyyən edib.


Həmin siyahını oxucularımıza təqdim edirik:


Fijital marketinq


Dünyada fijital marketinq təxminən 5 ildir ki, mövcuddur, amma ölkə bazarında bu trend çox güman ki, ya yoxdur, ya da bəzi şirkətlər bunu iş prosesində tətbiq edir. Qonşu ölkə Türkiyədə təxminən 3-4 ildir danışılan fijital marketinq konsepsiyası fiziki və rəqəmsal təcrübələri birləşdirərək ən dəqiq və ölçüləbilən üsula nail olmağa imkan verəcək.


Süni zəka


İndi bir çox sahədə xidmət etməyə başlayan proqram və maşınlar insanlar kimi yığdıqları məlumatları manipulyasiya edərək yeni şeylər öyrənirlər. Öyrənə bilən maşınlara nümunə kimi hər gün daxil olduğumuz “Facebook” sosial platformasını misal göstərmək olar. Proqram mütailə vərdişlərinizi, kimin profilində daha çox vaxt keçirdiyinizi, hansı qrup və səhifələrə şərh etdiyinizi daim yoxlayaraq nəsələr öyrənir. Gələcək illərdə “Facebook”da olduğu kimi öyrənməyə proqramlaşdırılmış proqramların sayı getdikdə artacaq. Bu proqramlar marketinq və rəqəmsal sektorlar daxil olmaq üzərə bir çox sektorun hədəf kütlələrini doğru müəyyən etməyə imkan verəcək.


Mesajlaşma tətbiqləri


MIRC (İnternet Relay Chat) ilə başlayan mesajlaşma ənənəsi son dövrlər “WhatsApp” ilə daha da inkişaf edir. Eyni zamanda, milyardlarla mesaj istifadəçidən istifadəçiyə ötürülür. Bu isə yeni mesajlaşma tətbiqlərinin yaranacağını və onların içərisində də reklamların artacağını göstərir.


“Live streaming” videolar


Kontent həmişə vacibdir, amma videolu kontent bundan daha da önəmlidir. Bütün media platformaları “live streaming”-i dəstəkləyən infrastruktura qayıtmaları ilə bərabər, “izlə və keç” konsepsiyası formalaşmağa başlayacaq. “Facebook”dan sonra “Twitter”in video kontentində düzəlişlər etməyi, həm istifadəçiləri, həm də böyük markaların video kontentli paylaşımlar etməsini sürətləndirəcək.


AR marketinq


“Augmented Reality” (Artırılmış Reallıq) son zamanlar yaranan və marketinq və reklam sektorunun populyar mövzularından biridir.


Cihazların cisim tanımaq özəlliyi istifadə edilərək, virtual nəsnələrin həqiqi görüntülərin üzərinə əlavə edilməsi olaraq tanıdığımız Artırılmış Reallıq müştərilərlə əlaqə yaratmaq və iştirakını artırmaqdan dolayı yenilikçi və yaradıcı yol olaraq qəbul edilir. Bu texnologiyanın yaradacağı bazarın 2022-ci ilə qədər 117,4 milyard dollara çatacağı gözlənilir.


Qısa müddətli kontent


Periscope ilə başlayan və Snapchat və Scorp kimi platformalarla davam edən qısa müddətli kontent konsepsiyası sosial mediaya istiqamət verməyə davam edəcək. Paylaşılan məzmunun qısa müddət içərisində efirdə qalması, markaları da məcbur edəcək ki, öz strategiyalarını sürətli istehlak dövrünə uyğunlaşdırsınlar. “Facebook”un canlı yayımları və Instagramdakı hekayə paylaşımları “sürətli və sonlu” konsepsiyasını dəstəkləyir.


VR marketinqi


Son dövrlər texnologiya və populyarlığını artıran VR (Virtual Reality) və 360 dərəcəli videolar hesabına marketinq mütəxəssisləri hədəf kütləsi ilə necə davranmağa və davranışlarını daha yaxşı başa düşməyi öyrənəcəklər. Müştəriyə təqdim olunacaq təcrübənin necə effekt verəcəyini müəyyən edəcək VR hesabına markalar müştəriləri ilə daha möhkəm əlaqə qura biləcəklər.


Chatbots


Chatbotslar gələcək istifadəçilərin söylədiklərini qısa müddət ərzində analiz edəcək. İstehlakçıları istəklərini yerinə yetirmək üçün istifadə olunacaq bu tətbiqlər onları lazım olan istiqamətə yönləndirəcək.


Virtual pullar


Adını tez-tez eşitdiyimiz Bitkoin kimi. Amma nəzərə almalısınız ki, bitkoin təkcə virtual pul deyil. Onu maraqlı hala gətirən heç bir dövlətin pul vahidi olmamasıdır. Bitkoinlə yanaşı, Ethereum, Litecoin, Namecoin, Primecoin, Zcash kimi altkoinlər də mövcuddur. Bitkoin və altkoin populyarlıqlarını artıracaq və rəqəmsal dünyanın yeni trendləri olmaqda davam edəcək.