“Facebook” nümayəndəliyi rabitə, informasiya texnologiyaları, kütləvi kommunikasiyalar üzrə Federal Xidmətin (Roskomnadzor) dəvətini qəbul edib. Görüşün dekabr-yanvarda keçirilməsi nəzərdə tutulub”, - deyə idarənin başçısı Aleksandr Jarov RBK-a deyib.



Facemark.az xəbər verir ki, yığıncaqda Rusiyadan olan istifadəçilər ilə sosial şəbəkə məsələləri müzakirə ediləcək.



O, ictimai şəbəkədən qeyri-qanuni məzmunu aradan qaldırmaq və ölkədə məlumat bazalarını lokallaşdırmaq məsələsinin müzakirə predmenti olacağını bildirib.



Qeyd edək ki, sentyabrın sonunda Jarov demişdi ki, “Facebook” sosial şəbəkəsi 2018-ci ildə Rusiyada bloklana bilər.


2015-ci ilin sentyabrında Rusiya ərazisində rus vətəndaşlarının şəxsi məlumatlarının saxlanması və emalının lokallaşdırılmasını tələb edən “Fərdi məlumatlar haqqında” qanuna düzəlişlər qüvvəyə minib.