bazar ertəsi, 18 dekabr 2017

Bakıda yemək festivalı başlayır

92

Azərbaycan paytaxtının qədim hissəsi İçərişəhərdə, Bakının rəmzi Qız qalasının ətrafında noyabrın 23-dən 26-dək “Sweet November” irimiqyaslı yemək festivalı keçiriləcək.

Facemark.az xəbər verir ki, festival “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Meal for Real” kulinar layihəsinin dəstəyi ilə təşkil edilib.

Bakıda yemək festivalı təkcə bütün dünya ölkələrinin yeni yeməklərinin dadına baxmaq üçün deyil, həm də öz qastro-startapının möhkəmliyini yoxlamaq üçün əla məkandır.

Festivalda qonaqların adi vaxtda heç bir yerdə dadına baxa bilməyəcəyi müxtəlif ölkələrin milli mətbəxindən çoxsaylı yeməklər küçə yeməyi formatında təqdim olunacaq. Qız qalası ətrafında ardıcıl dörd gün davam edəcək şənlik isə uzun müddət yaddaşlarda unudulmaz təəssüratlar buraxacaq.

Festivalda qonaqları bütün mümkün yemək çeşidləri, içkiləri, hərarətli musiqi, eləcə də ustad dərsləri ilə təəccübləndirmək üçün 20-dən çox restoran və kafe, çoxsaylı kulinarlar iştirak edəcəklər.

Təşkilatçılar bütün bakılıları, şəhərin qonaqlarını və turistləri Bakıda bu payızın ən dadlı və həyəcanlı hadisəsində iştirak etməyə dəvət edir. Giriş saat 11:00-dan 23:00-dək sərbəstdir.

Xatırladaq ki, açıq havada ilk irimiqyaslı yemək festivalı “Baku Street Food Festival” mayın 19-dan 21-dək İçərişəhərdə keçirilib və bakılılarla turistlərin böyük marağına səbəb olub.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün