Dünya birjalarında neftin qiyməti bahalaşır.
Facemark.az “Bloomberg”ə istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,84 dollar və ya 1,48% artaraq 57,70 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,45 dollar və ya 0,72% artaraq 63,01 dollar olub.
Öz növbəsində, “AzeriLight” markalı neftin 1 barelinin dəyəri 0,61 dollar və ya 0,96% artaraq 63,95 dollar təşkil edib.