"Qeyri-neft sektoruna qoyulan sərmayə üzrə inkişafı yaxın 3-5 il ərzində görmək mümkün deyil".

Facemark.az xəbər verir ki, bu sözləri Bakıda keçirilən ll Bankçılıq Forumunda çıxışı zamanı Milli Məclisin deputatı Vahid Əhmədov deyib.

O bildirib, Azərbaycanın bank sektorundakı vəziyyət böyükdür:

"Azərbaycada olan iki devalvasiya bank sektoruna ciddi ziyan vurub. Düzdür, banklar bu faktı qəbul etməsələr də iqtisadçılar bunu çox yaxşı bilir. Həmişə demişəm, biz bankların bağlanmasının əleyhinəyik. Bankların birləşməsi daha məqsədəuyğundur".

Deputat vurğulayıb ki, həmişə təhlillər aparırıq, amma məlum olur ki, problemli kreditlərin həcmi azalmır, əksinə artır.

V.Əhmədov bildirib ki, bank sektorunda olan məsələlər bizi narahat edir, biz sektorun sağlamlaşdırılmasının tərəfdarıyıq:

"Bu sistem bizim üçün əhəmiyyətlidir. Bankirlərdən xahiş edirəm ki, əgər onların qanunvericiliklə əlaqədar hansısa problemləri varsa, Milli Məclisə müraciət etsinlər".