"MDB məkanında ən böyük uçot dərəcəsi Azərbaycandadır".

Facemark.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib.

O bildirib ki, əgər banklar Mərkəzi Bankdan 15%-lə kredit götürürlərsə, onu 28-30%-lə insanlara kredit halında satırlar:

"Mərkəzi Bankında prinsipial mövqeyi ondan ibarətdir ki, ölkədə inflyasiya aşağı olsun. Manat 1,7 səviyyəsində qorunub saxlanılsın. İqtisadi İnkişaf Nazirliyi də o fikirdədir ki, faiz dərəcələri yavaş-yavaş aşağı salınsın. Heç olmasa 1-2% uçot dərəcəsi aşağı salınmalıdır ki, bank sektorunda olan problemlər öz həllini tapsın", - deyə deputat vurğulayıb.