“YouTube” uşaqlar üçün rusdilli “Vlad Crazy Show” kanalını bağlayıb. Kanalın 9,4 milyon nəfər izləyicisi olub.


Facemark.az xəbər verir ki, bu barədə Rusiyanın “Vedomosti” qəzeti yazıb.


Şirkət uşaqların iştirakıyla məzmuna tələbləri sərtləşdirib və keçmiş həftə ərzində bu qaydalara uyğun olmayan 50-dən çox kanal və minlərlə video silib.


Daha əvvəl sosial şəbəkə istifadəçiləri kanalda reklam olunan markalara uşaqlarda sevgi yaratdıqlarını və düzgün olmayan qidalanma vərdişlərini aşıladıqlarını söyləyiblər. “YouTube” ailə və uşaqları qorumaq üçün noyabrın 22-də kanalın məzmununda sərt dəyişiklik edib.


Uşaqlar üçün postensial təhlükəli olan videolar yeni yaradılmış texnologiya əsasında seçilir və daha sonra mütəxəssislər tərəfindən ona rəy verilir.


“YouTube” ekspertlər ilə daha sıx əməkdaşlıq etməyə söz verib və bildirib ki, mübahisəli məzmunlu videolarda birlikdə qərar qəbul edəcəklər.


Aşağıkeyfiyyətli reklamlar və ailə üzvlərini yumoristik şəkildə belə təhqir edən videolar silinəcək.


Bu prinsipə əsasən, şirkət bu ilin iyun ayından 3 milyondan çox videoda reklam çarxlarını silib.


Yetkinlik yaşına çatmayan uşaqlar üçün hazırlanmış videolarda seksual və aqressviv şərhlər də silinir.


Bundan başqa, şirkət uşaqların müdafiəsi strategiyasının bir hissəsi kimi “YouTube Kids” ailə məzmunlu yeni bir platforma yaradacaq.