Dünya üzrə 57 milyon nəfər Uber istifadəçisinin şəxsi məlumatlarının oğurlanması mətbuatda uzun müddət müzakirə olunub.


Facemark.az xarici mətbuata istinadən xəbər verir ki, McAfee istehlak təhlükəsizliyi üzrə baş mütəxəssis Gary Davis Uber istifadəçilərinin vaxt itirmədən atması lazım olan addımların siyahısını hazırlayıb.


- Parollarınızı dəyişdirin


Milyonlarla e-mailin hakerlər tərəfindən oğurlanması bir neçə versiyada dəyərləndirilə bilər. Kiber cinayətkarlar e-mail ünvanlarınızdan sınaq və səhv etməklə istifadə edə bilər. Bu isə digər onlayn hesablarınızın oğurlanması ehtimalını artırır. Bu səbəbdən Uberə giriş üçün istifadə etdiyiniz e-mailin bağlı olduğu digər digital hesablarınızdakı parollarınızı dəyişdirin.


- Ayıq olun


E-mail poçtunuza bilmədiyiniz hesabdan gələn bildirişləri alırsınızsa, içindəki heç bir linkə “click” etməyin. Hətta, o mesajı açmadan silin.


- Kredit kartı xərclərinizi daima yoxlayın


Kiber cinayətkarlar əgər, Uber hesabınızı ələ keçiribsə, çox böyük ehtimalla maliyyə hesabınızı da onların əlindədir. Buna görə, əvvəlcədən tədbir görməkdə fayda var. Uberə bağlı olan kredit kartınızın bir nüsxəsini alın və onu ətraflı incələyin.


Şübhəli və əmin olmadığınız bir əməliyyat aparılıbsa, dərhal bankınız ilə əlaqəyə keçin.


- Mobil cihazınızın təhlükəsizliyini artırın


Kiber hücumunun Uber mobil tətbiqinə təsir edib etmədiyi hələlik qeyri-müəyyəndir. Buna görə, mobil cihazınızdakı bütün məlumatların təhlükəsiz saxlanıldığından əmin olun.