“Azərpoçt” MMC-nin baş direktoru Ülvi Mansurov işdən çıxıb.


Facemark.az xəbər verir ki, APA-nın MMC-dəki mənbəsi bildirib ki, Ü.Mansurov öz ərizəsi ilə tutduğu vəzifədən kənarlaşıb.


“Ülvi Mansurov oktyabr ayının 1-dən vəzifəsini öz xahişi ilə tərk edib”, - deyə mənbə vurğulayıb.


Hazırda onun yerinə təyinat yoxdur. Baş direktor vəzifəsinin icrası müvəqqəti olaraq Sübhan Kazımova həvalə olunub. “Azərpoçt” MMC-nin mətbuat katibi Günel Gözəlova isə bildirilib ki, onun Ü.Mansurov işdən çıxması barədə məlumatlı deyil.


Maraqlıdır ki, “Azərpoçt” MMC-nin rəsmi saytında “Rəhbərlik” bölməsində Ü.Mansurov barədə məlumat yoxdur.


Xatırladaq ki, Ü.Mansurov “Azərpoçt” MMC-dən öncə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyəti sədrinin müavini olub.


Qeyd edək ki, Ü.Mansurov bəstəkar Eldar Mansurovun oğludur.