Hər il noyabr ayının son həftəsində gündəmə gələn “Qara cümə” (Black Friday) və “Kiber bazarertəsi” (Cyber Monday) endirimləri bu il 24 və 27 noyabrda təşkil ediləcək.


Facemark.az xəbər verir ki, ölkə bazarında bir sıra geyim mağazaları, elektron əşyaların satışı ilə məşğul olan şirkətlər alıcılıq qabiliyyətini artırmaq üçün bu kampaniyadan faydalanıblar.


Facemark.az “Qara Cümə” endirimləri edən bəzi markaların siyahısını təqdim edir.


- Azərbaycanda ilk rəsmi saat distribyuteri şirkəti olan “VMF Azərbaycan” noyabrın 24-30-dək məhsullara 70% endirim təklif edir. Şirkət həmin kampaniyanın da adını fərqli düşünüb. Kampaniyanı “Black Friday” yerinə, “Mübarək Cümə Həftəsi” adlandırmağı daha məqsədəuyğun hesab edib.



- Azərbaycanda ən böyük kitab mağaza şəbəkəsi “Ali and Nino” 24-30 noyabradək qiymətlərə 90% endirim edəcək.




- Aksesuar satışı ilə məşğul olan “Pink Accessories” da bütün mallara 20%-dək endirim təklif edir. Kampaniya sadəcə noyabrın 24-dən 26-dək davam edəcək.







- “Baku Electronics” şirkəti televizor və bir çox mətbəx əşyalarına 20, 50% dək endirim edib.







- “Mavi Jeans Azerbaijan” isə 23-26 noyabr tarixləri arasında bütün kolleksiyalara 30% endirim təklif edir.



“Fil Agency” şirkətinin direktoru, marketoloq Aysel Cəbrayılova isə düşünür ki, endirimin ad, soyadından asılı olmayaraq insanlara fayda verə biləcək istənilən təklif alıcılıq qabiliyyətinə təsir edir.


O, düşünür ki, endirimi alcılara düzgün təqdim etməklə satışları artırmaq olar:


“Black Friday” günü ilə əlaqədar şirkətlər lokallaşdırmağa getsə idi, daha yaxşı olardı. Məsələn, şirkətlərin bəziləri buna “Mübarək Cümə Həftəsi”, “Happy Friday” kimi adlar qoymuşdular”.


A.Cəbrayılova deyib ki, Yeni il ərəfəsində şirkətlərin belə bir kampaniyanı təşkil etməsi daha da möhtəşəm addımdır.




Qeyd edək ki, insanlar arasında Facebook vasitəsilə endirim həftəsindən faydalanıb faydalanmadıqları ilə bağlı sual ünvanlamışdıq. Bəzi cavabları təqdim edirik: