“BBC” və “The Times” araşdırma aparıblar. Araşdırmanın nəticələrinə görə, böyük markalar uşaqların iştirakı ilə kontentə uyğun olmayan videolar yayımlayıb və pedofillər də şərhlər yazıblar.


Facemark.az Adindex.ru-ya istinadən xəbər verir ki, kadrda gənc qızlar yataqda alt paltarları ilə hərəkət edirlər, yataqda gəzirlər və dişlərini fırçalayırlar.


Belə videolar pedofillərin şəbəkələri üzrə yayılır. İstifadəçilər linkləri bir-birilərinə atırlar. Belə videoların altında yüz minlərlə hesabdan aqressiv şərhlər yazılır.


Araşdırmanın nəticələrinə görə, belə videolarda bu brendlər də yer alır. BT, Adidas, Deutsche Bank, eBay, Amazon, Mars, Diageo və Talktalk.


Hesabatdan dərhal sonra, Diageo, HP, Cadbury, Adidas, Mars, Lidl və Deutsche Bank “YouTube”da reklamlarını dondurub.


“Mars”ın nümayəndəsi “Sky News”a deyib ki, dünya üzrə YouTube və Google reklamlarını dayandırırlar. Hələ zəmanət alınmayıb ki, onların reklamları qəbuledilməz kontentin yanında daha çıxmayacaq.


Digər markalar da problemdən narahatdırlar, məsələ həll olunmayanadək reklamlarını “YouTube”da dondurduqlarını bəyan ediblər.


Daha öncə “YouTube” da yayımlanan markaların reklamları porno saytlarında, kanallarında, terror saytlarında yayımlanmışdı. Buna qalmaqala görə, Mercedes-Benz, Waitrose, Marie Curie, Honda, Thomson Reuters, Halifax, Argos, John Lewis, Disney, Victoria and Albert Museum kimi şirkətlər zərər çəkmişdi.


Qeyd edək ki, “YouTube” keçən həftə elan etmişdi ki, bu cür kontentə görə mübarizə aparır. Bu məqsədlə 50 kanal və minlərlə video hesabdan silmişdi.


Məsələn, Rusiyada 9 milyon izləyicisi olan “Vlad Crazy Show”da bağlanmışdı.