bazar ertəsi, 18 dekabr 2017

Azərbaycanda dekabrın 1-dən xarici şirkətlərin taksi xidməti bahalaşacaq - Yenilənib

49

“İstifadəçilərimiz Azərbaycan banklarından bu il dekabrın 1-dən “Uber”lə gedişlərə görə nağdsız ödənişlər üzrə 18% ƏDV-nin tutulacağı barədə SMS-xəbərdarlıq alsa da, bizə sözügedən yenilik barədə rəsmi məlumat daxil olmayıb”.

Facemark.az “Report”a istinadən xəbər verir ki, bunu “UBER”dən bildiriblər.

“Biz bu məsələni əsaslı surətdə araşdırmaq və Azərbaycandakı istifadəçilərimiz üçün ən əlverişli şəkildə həll etmək niyyətindəyik”, - deyə şirkət bəyan edib.

Xatırladaq ki, taksi xidmətinə ödənişlərin ƏDV-yə dekabrın 1-dən cəlb olunacağı gözlənilir. Artıq Azərbaycan bankları müştərilərini bu barədə məlumatlandırmağa başlayıb. Plastik kart sahiblərinə göndərilən SMS-lərdə dekabrın 1-dən xarici şirkətlərin taksi xidmətinin 18% bahalaşacağı, yəni hesabdan əlavə pul çıxılacağı bildirilir.

12:46

Azərbaycanda UBER, “Taxify” və s. taksi xidmətindən istifadəyə görə tətbiqi gözlənilən 18%-lik əlavə dəyər vergisi (ƏDV) bütün ödənişləri əhatə etməyəcək.

Facemark.az xəbər verir ki, “Report”un bank dairələrindən aldığı məlumata görə, ölkə ərazisində qeyri-rezidentlərin xidmət haqqı həm yerli, həm də xarici banklara aid plastik kartlarla ödənilə bilər.

ƏDV-ni yalnız yerli banklara məxsus kartlarla edilən ödənişlərdən tutmaq mümkündür. Xarici banklara məxsus kart hesabından vergi tutmaq isə texniki baxımdan mümkün deyil.

Xatırladaq ki, taksi xidmətinə ödənişlərin ƏDV-yə dekabrın 1-dən cəlb olunacağı gözlənilir. Artıq Azərbaycan bankları müştərilərini bu barədə məlumatlandırmağa başlayıb. Plastik kart sahiblərinə göndərilən SMS-lərdə dekabrın 1-dən xarici şirkətlərin taksi xidmətinin 18% bahalaşacağı, yəni hesabdan əlavə pul çıxılacağı bildirilir.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün