Sosial media platforması “Facebook” intihara meyilli olan istifadəçilərini müəyyən edəcək proqram təminatı üzərində işləyir.


Facemark.az xəbər verir ki, “Facebook”un vitse-prezidentlərindən biri olan Guy Rosen hazırda şirkət sosial platformanın istifadəçiləri arasında intihara meyilli insanları müəyyən edəcək və bu vəziyyəti lazım olan insanlara yönləndirəcək proqram təminatını test etdiklərini bildirib.


“Reuters”in məlumatına görə, mart ayında ABŞ-da yeni proqram təminatı test edilib. Əgər digər mərhələlər də uğurla başa çatarsa, bu halda yenilik digər ölkələrdə də tətbiq ediləcək.


Süni intellekt istifadə edən proqram təminatı “Facebook” istifadəçilərinin post və şərhlərini analiz edir və onlar arasında intihara meyillilik təşəbbüslərinin olub olmadığını müəyyən edir.


Şirkət yeni proqram təminatının texniki detalları barəsində şərh verməyib. Ancaq proqram təminatın “Yaxşısanmı?”, “Kömək edə bilərəm?” kimi açar sözləri aradığını qeyd edilib.


Proqram təminatı potensial intihar hadisəsi müşahidə edirsə, bu mövzularla əlaqədar “Facebook”un yaratdığı mütəxəssis komandası vəziyyətdən xəbərdar edir. Lazım olan vəziyyətlərdə mütəxəssislər rəsmi adiyyatı orqanlara bu barədə məlumat verəcək.


Rosen deyib ki, insanlara kömək etmək üçün sürətli olmaq çox vacibdir: “İnsanlara lazım olan anda kömək etmək şirkətin vəzifələrindən biridir”.


Qeyd edək ki, ötən il, “Facebook” canlı yayım funksiyasını istifadəyə vermişdi. Canlı yayım və cinayət kimi hadisələri video lentə alaraq paylaşılması şirkətin imicinə ciddi ziyan vurmuşdu.