Türkiyənin Galatasaray komandasının formasını geyinən məşhur futbolçu Selçuq İnan Koreya texnologiya nəhəngini məhkəməyə verib.


Facemark.az bu barədə Adindex.ru-ya istinadən xəbər verir.



Futbolçu “Samsung”dan tələb edir ki, istifadə etdikləri “S8” loqosu ona məxsusdur və şirkətin bütün məhsul və reklamlarının üzərindən silinməlidir.


Futbolçu, şirkətə qarşı mənəvi təzminat davası açıb və 100 min türk lirəsi (25 min 400 dollar - red.) təlb edir.


Selçuq İnan 7 nömrəli futbolçu Quaresmanın “Q7”, Burak Yılmazın “BY17” və Kristiano Ronaldonun “CR7” kimi özünün də 4 ilə öncə “S8” loqosunu ilk hərf və geyindiyi formanın rəqəmi kombinasiyasında rəsmi qaydada qeydiyyatdan keçirdiyini deyib.



S.İnan “Samsung”a 2017-ci ilin iyun ayında notarial qaydada sənəd göndərmiş və telefonun istifadəsinin dayandırılmasını tələb etmişdi. Ancaq “Samsung” məsələ ilə əlaqədar susqunluğunu qoruyur.


Xatırladaq ki, futbolçular tərəfindən şəxsi loqoların qeydiyyata alınması hadisəsi birinci deyil. Məsələn, Kristiano Ronaldo “CR7” loqosunu qeydiyyatdan keçirdib. Bu loqo altında geyim, ayaqqabı digər mallar satılır. Maraqlıdır ki, türk mətbuatı futbolçunun “S8” adı altında nə istehsal etdiyi məsələsinə toxunmayıb.