“Toyoto Motor Corporation” Yaponiyanın rəsmi diler mərkəzlərində markanın balaca “Kirobo Mini” robotlarının satışına başladıqlarını elan edib.


Facemark.az Sostav.ru-ya istinadən xəbər verir ki, “Kirobo Mini” kiminləsə kontakta ola bilən mini robotdur. Oturan robotun boyu 10 santimetri ötmür.


Kompakt ölçüləri sayəsində robot ovuc içinə sığır və insan ilə gün ərzində istənilən yerə gedə bilir.


Robot insanları üzdən tanıyır, onların nitqini başa düşür, müxtəlif mövzularda danışığı dəstəkləyir, emosiyalara reaksiya verir və sözlərə baş və əllərin jestlərini əlavə edir.


İndi robot insanı maraqlandıran mövzular ətrafında ünsiyyət saxlamağı, keçmişdə baş verən hadisələri xatırlamağı bacarır.