bazar ertəsi, 18 dekabr 2017

“Marketinq Battle” nədir? – Azərbaycan təcrübəsi

71

“Marketinq Battle” bir markanın rəqibini aşağı çəkərək döyüşdə qazanmaq üçün tətbiq etdiyi üsuldur.

Facemark.az xəbər verir ki, bu səbəblə marketinq bir markanın digər markalarla mübarizə etmək üçün onlara yönəltdiyi silah olaraq da təyin edilə bilər.

Bu müharibənin cəbhələri isə təbii ki markalardır. Hər marka satış hədəfinə çatmaq üçün marketinq silahından istifadə edir. Ard-arda açılan silah istehlakçını razı salmaq üçün atılır. Çünki istehlakçı bu müharibənin zəfərini müəyyən edən tək səlahiyyətli tərəfdir. Ancaq bu qanlı müharibəyə daxil olmadan da müharibənin qalibi olmaq mümkündür.

Bu yol W.Chan Kim ve Renee Mauborgne adındakı iki professor tərəfindən “Mavi Okean Strategiyası”nda təsvir edilib. Kim və Mauborgneyə görə okean mavi və qırmızı olaraq iki yerə ayrılır. Qırmızı okean təxmin edildiyi kimi bazardan pay almaq üçün cəbhələrin aktiv şəkildə mübarizə apardığı, mübarizə və rəqabət uğrunda qanların axdığı tərəfdir.

Qırmızı okeanda hər açılan yeni cəbhə müharibəsi daha da qızışdırmaqda, digər cəbhələrin mənfəəti azalmaqdadır. Burada bütün qayda və sərhədlər də bəllidir. Üstəlik qırmızı okeanda olanlar böyük paya da sahibdir. Amma ediləcək ən yaxşı şey cəbhələrin payından pay almağa çalışmaqdır.

Mavi okean isə hələ də kəşf edilməyən, rəqabətə hazır olmayan, bunun uğrunda rəqabətin olmadığı sulardır. Mavi okeanda bir bazar boşluğu yeni bir tələb yaradılmaqdadır. Burada rəqib, rəqabət, müharibə də yoxdur. Bu sullarda qaydaları siz qoyursunuz, bazarı ilk siz şəkilləndirirsiniz.

Əlbəttə, mavi okeanda yer tutmaq istəyən cəbhənin də işi çox asan deyil. Mavi okeana açımağın yolu, uzun araşdırmalar, istehlakçının tələb və ehtiyaclarını müəyyən etməklə innovasiyalara açıq olmaqdan keçir.

Əgər müştəriyə bazarda mövcud olan məhsuldan daha yaxşısı, daha ucuzu, daha sərfəlisi təklif edilməyəcəksə, o məhsul istehsal edib qanlı bazara daxil olmaq markanın silahı başına sıxıb intihar etməsindən başqa birşey deyil.

Buna görə, hər cəhbə qızıl okeandakı müharibəyə qatılmadan öncə bazarda şansının olub-olmadığını dərindən araşdırmalıdır.

Məsələn, son dövrlər “ıPhone”, “Samsung” kimi markalar arasında “marketinq battle”lara tez-tez rast gəlirik.

Hətta bir neçə gün öncə “Matarola” markası da bazarda olduğunu göstərmək üçün adıçəkilən hər iki şirkətə atmacalı reklam çarxı hazırlamışdı.

“Technol” şirkətinin Marketinq və PR departamentinin rəhbəri Pərviz Əzimov deyir ki, müasir dövrdə marketinq aktivlikləri kiçik büdcə ilə daha çox nəticə əldə etməyə məcburdur:

“Bəzən çox kiçik büdcə və ya hətta heç bir büdcə xərcləmədən elə marketinq aktivlik etmək olar ki, bu dəyəri 100 min olan reklam büdcəsindən daha yaxşı nəticə versin. Bu addımlardan biri də “marketinq battle”lardır (marketinq savaşları)”.

P.Əzimov deyir ki, təmsil etdiyi marka da bir müddət əvvəl “marketinq battle” lardan istifadə edib:

“Battle” hər zaman müştəri üçün maraqlı olur və daha çox insana çata bilir. Təbii ki, bu “battle”lar zamanı etik qaydalar gözlənilməli, marka dəyəri nəzərə alınmalı və insanlarda xoş təəssürat yaradan “battle”lar olmalıdır.

Biz özümüz də “Technol” olaraq bir müddət əvvəl bir rəqibimizə bu formada söz atmışdıq və inandırım sizi ki, həmin reklam sosial mediada o qədər müzakirə olundu ki, 1 ay TV-də reklam etsəydik, o qədər müzakirə olunmazdıq bəlkə də”.

Öz növbəsində, “Azgranata Trading and Distribution Company”nin baş direktoru Anar Bayramov deyir ki, rəqibi aşağılamadan, hörmətsizlik etmədən, etik çərçivədə şirkəti zəif yerindən “vurmaq” normal bir haldır:

“Belə marketinq gedişləri sektoru daha da canlandırır, maraqlı edir”.

Sonda demək istəyirəm ki, əgər digər markalardan daha sərfəli bir şey təklif etməyəcəksinizsə, qanlı müharibəyə daxil olub markanızı məhv etməyin. Fərqli fikirlərlə bazara yenilik gətirmək üçün istehlakçının kəşf edilməmiş ehtiyaclarını müəyyən edin.

Bu istiqamətdə addımlar atmaq lazımdır. Mübarizə aparmaq əvəzinə, mübarizə aparmadan qalib olmağın yollarını tapmaq sizi heç yara almadan lider edəcək. Əks halda qırmızı okeanda boğulmaqdan xilas ola bilməyəcəksiniz.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün