“Forbes” nəşrinin yayımladığı hesabata görə, dünyanın ən zəngin texnoloji milyarderləri məlum olub.


Facemark.az nəşrin yeni siyahısında yer alan milyarderlərin bəzilərini təqdim edir.


“Microsoft”un qurucusu və idarə heyətinin üzvi Bill Qeyts son 23 ilin 18-də “Forbes”in milyarderlərinin siyahısında əvvəlinci olub. Qeyts 84,7 milyard dollarlıq sərvətə sahibdir.



“Facebook”un qurucularından olan Amerikalı Dustin Moskovitzin sərvəti 13,3 milyard dollardır. Moskovitzin komandanın işlərinin izlənilməsi üçün kömək ola biləcək internet və mobil tətbiqi olan Asananın sahibidir.



Məşhur sosial platforma “Facebook”un sahibi olan Mark Zuckerbergin sərvəti 69,2 milyard dollardır.



“Amazon.com”un qurucusu Amerikalı sahibkar və biznesmen Cef Bezos 80,7 milyard dollara sahibdir. Bezos 2013-cü ildə məşhur “Washington Post” qəzetini 250 milyon dollara alıb.



Koreyanın ən böyük holdingi “Samsung Group”un prezidenti olan Lee Kun-Hee-nin sərvəti 18,6 milyard dollardır.



Kosmik şirkəti “SpaceX”, avtomobil istehsalçısı “Tesla Motors”un sahibi Elon Musk 20,8 milyard dollarlıq sərvətə sahibdir. Musk, eyni zamanda “Paypal”ın yaradıcılarından biridir.



SAP AG-nin sahibi olan almaniyalı biznesmen Hasso Plattnerin sərvəti 12,6 milyard dollardır. Hasso Plattner daha çox proqram təminatı layihələri ilə maraqlanır.



“Alibaba Group”un qurucusu və baş icraçı direktoru Jack Ma 38 milyard dollarlıq sərvətə malikdir.



1998-ci ildə Larry Page ilə “Google” şirkətini yaradan Sergey Brin “Google”un əsas şirkəti olan texnoloji nəhəngi “Alphabet”in rəhbəridir. Brin 42,9 milyard dollarlıq sərvətə sahibdir.