“Paysis” şirkətinə məxsus olan və yerli bazarda üç ildən artıq fəaliyyət göstərən E-Pul onlayn ödəniş sistemi #mendeiphoneisteyirem həştəqi nədir sualına açıqlama gətirdi.


2017-ci ilin dekabrın 1-dən etibarən E-Pul yeni stimulaşdırıcı lotereyaya start verir. “E-Pul-la ödə, E-Pul-la qazan” adlı stimullaşdırıcı lotereyanın uduş fondu 1 (bir) ədəd Apple iPhone X modelli mobil telefondur.


- Lotereya 1 dekabr 2017-ci il - 10 mart 2018-ci il tarixlərini əhatə edəcəkdir.


- Lotereyada iştirak etmək istəyən şəxslərin e-pul.az saytında qeydiyyatdan keçmələri zəruridir.


Lotereyanın şərtləri və uduş fondunun oynanılması qaydası:


Hər bir E-Pul istifadəçisi lotereyada iştirak edə bilər. Bunun üçün lotereya biletinə bərabər olan eyniləşdirmə nömrəsi əldə etmək lazımdır. 1 (bir) eyniləşdirmə nömrəsi 50.000 (əlli min) bonus xala bərabərdir.


İstifadəçi E-Pul Hesabında Bonuslar bölməsini seçir və Lotereya bölməsinə daxil olaraq, 50.000 (əlli min) bonus xalını 1 (bir) eyniləşdirmə nömrəsinə dəyişə bilər. Eyniləşdirmə nömrəsinin sayına görə heç bir məhdudiyyət qoyulmayıb, bu da iştirakçıların qalib olma şansını artırır. Belə ki, istifadəçi bonusların sayı müqabilində eyniləşdirmə nömrəsi əldə edə bilər.


Məlumat üçün bildirək ki, istifadəçilər E-Pul.az vasitəsi ilə yerinə yetirdikləri ödəniş müqabilində bonus xala sahib olurlar.


İstifadəçi bonusunu eyniləşdirmə nömrəsi-10 (on) rəqəmli koda dəyişərkən, bu, şəxsi kabinetdə Məktub qutusuna göndəriləcək.


"E-Pul-la ödə, E-Pul-la qazan" stimullaşdırıcı lotereya 2018-ci il martın 11-də saat 12:00-da Facebook sosial şəbəkəsində online olaraq keçiriləcək. Şəffaflığın təmin olunması məqsədi ilə qalib elektron püşkatma ilə - https://www.random.orgsayt vasitəsi vəMünsiflər heyətinin nəzarəti ilə seçiləcək və qalib canlı yayımda müəyyən olunacaq.


Lotereyanın nəticəsində qalib gələn şəxs üçün əlavə olaraq Şəxsi kabinetə yeni kod göndəriləcək. Həmin kodu və şəxsiyyətini təsdiq edən sənədi təqdim edərək, qalib uduşuna sahib ola biləcək.


11 mart saat 12:00-da nəticələr elan olunduqdan sonra, lotereyanın qalibi olan şəxs 90 iş günü ərzində müraciət edə bilər. 90 gün keçdikdən sonra, 1 ay ərzində uduşunu əldə edə bilər.


Lotereya keçirildiyi müddətdə kampaniya ilə bağlı xəbərlər və postları #mendeiphoneisteyirem həştəqi ilə hamıya açıq şəkildə (publik) paylaşan istifadəçilər arasında hər həftə Random.org vasitəsi ilə qalib seçiləcək. Qalib şəxs E-Pul.az tərəfindən 100 min Bonusla mükafatlandırılacaq.


Hər birinizi lotereyada iştirak edib, şansınızı sınamağa dəvət edirik.