“GroupM” mediaqrupunun rəhbəri Mariya Kolosova tərəfindən Rusiya reklam bazarının 2018-ci ildə inkişafına dair proqnoz hazırlanıb.


Facemark.az Adindex.ru-ya istinadən xəbər verir ki, mediaqrup tərəfindən hazırlanın “This Year, Next Year” konfransında iki ssennari təqdim edilib. Agentlik konservativ və optimit ssennari hazırlayıb. Birinci ssennariyə görə, ÜDM 1,5% artacaqsa, bu halda reklam bazarı 6% artacaq.


Optimist proqnoza görə isə, Rusiyada ÜDM 1,5-2,5% artacaqsa, bu halda reklam bazarı 12%-lik artım müşahidə olunacaq.


Şirkətin rəhbəri hesab edir ki, ölkədə keçiriləcək 2018-ci il Dünya Çempionatı və prezident seçkiləri bazarın artımına səbəb olacaq, amma bu hadisələrdən sonra yavaşlama müşahidə ediləcək.


Qeyd edilib ki, 2017-ci ildə ölkənin reklam bazarı cəmi 13,4% artıb. Ümumi olaraq bunun 40%-ni digital bazarın, 42%-i isə TV-nin payına düşüb.