“Qara Cümə” günü başlayanda alıcılar sadəcə markaların endirimlərini deyil, eyni zamanda onların sürprizlərini gözləyir.


Facemark.az Adindex.ru-ya istinadən xəbər verir ki, növbə və geyimlərin alıcılar tərəfindən dəyişdirilməsi zamanı yaranan həngamədən qaçmaq üçün “Diesel” mağazalarında geyinmə otaqlarının sayını artırdı və bunu qeyri-adi formada etdilər.


Paltar dəyişmək üçün əlavə soyunma otaqları köşklər şəklində bütün ticarət zalı üzrə sanki səpələnmişdilər.


Soyunma otaqlarının sahəsi kifayət qədər geniş görünür və asanlıqla istənilən geyimi dəyişdirməyə şərait yaradır.


Düzdür, köşklərin adilərindən fərqi o idi ki, onların tavanı yox idi.


Qeyd edək ki, “Qara Cümə” günü “Diesel”in bütün dünya üzrə 15 mağazası kampaniyaya qatılıb.