Şirkətlərin öz fəaliyyətindən bəhs etdikləri korporativ reklamların əksinə, ASKONA müştəriləri ilə birlikdə video çarx hazırlayıb.


Facemark.az Sostav.ru-ya istinadən xəbər verir ki, 7 dəqiqəlik video çarxda bütün vətəndaşlara yuxunun insan sağlamlığı üçün əhəmiyyəti məsələsinə toxunulur.


Video həm, alıcılar, həm də şirkətin potensial tərəfdaşları olan geniş auditoriyaya ünvanlanıb.


Rusiyada sağlam yuxu üçün ən böyük məhsul istehsalçısı olan şirkət rusları yuxunun onlar üçün nə qədər əhəmiyyətli olduğu haqqında düşünməyə məcbur edir.


“Film emosional və qeyri-standard alınıb. Reklam çarxımızda hər-hansı aktyor dəvəti olmayıb. Çarxda yalnız müştəri, partnyor, əməkdaşlarımız yer alıb. Biz ümid edirik ki, insanlar bu çarxa baxdıqdan sonra sağlam yuxunun əhəmiyyəti haqqında az da olsa düşünməli olacaqlar”, - deyə şirkətin icraedici direktoru Vladimir Korçaqov deyib.


Mini-film kino sənayesi və video reklamların çəkilməsi sektorunda liderlərdən biri olan “LBL-Production” tərəfindən ərsəyə gətirilib.


“LBL-Production”un rejissoru Peter Pçelnikov isə maraqlı açıqlama verib. O deyib ki, həyatında lentə aldığı ilk film idi ki, o ancaq yatmaq və yuxu haqqında fikirləşib:


“Ciddi söz deməyə qalsa, biz şadıq ki, onlar bizimlə belə bir film ərsəyə gətirdilər. Düşünürəm yuxu doğurdan da insanlar üçün çox əhəmiyyətlidir”, - deyə o, sözlərinə əlavə edib.