bazar ertəsi, 18 dekabr 2017

Zəngin rus ailəsinə məxsus olan qəzet dizaynını dəyişdi - FOTO

47

Rusiyanın “Vedomosti” qəzetinin çap versiyasının dizaynı dəyişib.

Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə ailəsinin nəşri olan Demian Kudryavtsev öz “Facebook” səhifəsində yazıb.

“Yeni layout internetdə qaldıqları kəsik elementlərindən imtina edilməsi hesabına, bir səhifədə daha çox material qoymağa imkan verir.

Çap versiyasında yenilənmiş birinci nömrə artıq nəşr olunub və o test-qruplarda yoxlanılacaq. Ola bilsin ki, nəşrin dizaynı üzərində işlər davam etdiriləcək.

Həyatda mən yalnız beş qəzetin yenidən dizayn olunmasının şahidi olmuşam. Yeni dizayn köhnəsi ilə müqayisədə oxucular üçün daha oxunaqlı və funksional olacaq”, - deyə D.Kudryavtsev deyib.

Qeyd edək ki, biznes qəzet 1999-cu ildən nəşr edilir. Bu gün “Biznes News Media” səhmdar cəmiyyəti qəzeti buraxır. Qəzetin investment şirkəti isə “Arkan İnvestment”dir, hansı ki, rus vətəndaşı Demian Kudryavtsevin həyat yoldaşı Yana Mozel Kudryavtsevaya məxsusdur. Cənab Kudryavtsev özü isə Rusiya vətəndaşlığından məhrum edilib.

Xatırladaq ki, “Mediascope”nin 2017-ci il mart-iyul ayı üzrə hesabatına görə, qəzetin nömrələrindən birinin oxucu kütləsi 132 min nəfər olub. “Kommersant” qəzetində bu rəqəm 212 min nəfər, RBK-da isə 223 min nəfər olub.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün