Cip telefonu ilə bir telefondan başqa bir cib telefonuna mesajlaşma xidməti SMS (Short Message Service - Qısa Mesaj Xidməti) 25-ci yaşını “yaşayır”.


Facemark.az xarici mətbuata istinadən xəbər verir ki, bu gün yerini sosial şəbəkələrə buraxan, demək olar ki, insanların unutduğu SMS xidməti 1992-ci il dekabrın 3-də atılan ilk mesaj ilə mobil rabitədə yeni bir dövrə qədəm qoymuşdu.


İlk mesaj 22 yaşında olan İngilis mühəndisi Neil Papworth tərəfindən “Vodafone” xidmət provayderi vasitəsilə idarə heyətinin başçısı Richard Jarvisin cib telefonuna göndərilib. İlk mesajdan sonra qısa mesaj xidməti populyarlaşmağa başlayıb.


1992-ci il dekabrın 3-də yeni il mesajı olaraq göndərilən ilk SMS üzərindən 25 il keçib. SMS 25 yaşına girsə də, günümüzdə artıq internet üzərindən istifadə edə bildiyimiz “WhatsApp”, “Messenger” kimi platformaların kölgəsində qalıb. Ancaq hələ də dirənməyə davam edir.