Dünyada ən böyük iki transmilli şirkətlərdən biri olan “Microsoft”un qurucusu, illərdir “dünyanın ən zəngin insanı” mövqeyini əldən verməyən Bill Qeytsin zövqlərindən biri də kitab oxumaqdır.


Məşhur biznesmen fürsət tapdıqca oxuduğu kitablar arasından bir siyahı hazırlayır və bunu şəxsi bloqu olan “Gatesnotes.com” da dərc edir.


Facemark.az xarici mətbuata istinadən xəbər verir ki, ən son ötən may ayında beş kitabdan ibarət siyahı paylaşan Qeyts dünən bloqunda 2017-ci ildə oxuduğu “beş möhtəşəm kitab”dan bəhs etdiyi yeni bir məqalə əlavə edib. Bunu “Twitter” hesabından “tətil mövsümündə oxunmalı olan” kitablar adını verərək paylaşıb.


Yazısına “oxumaq marağımı təmin etmək üçün ən sevdiyim yoldur” cümləsi ilə başlayan məşhur iş adamı hər nə qədər fərqli insanlarla tanış olur, möhtəşəm məkanları gəzsə də, yeni mövzuları kəşf etmənin ən yaxşı yolunun kitab oxumaq olduğunu düşünür.


Qeyts 2017-ci ildə oxuduğu kitablar arasından seçərək hazırladığı “Yeni il tətilində” oxunacaq kitabların siyahısı belədir:


“The Best We Could Do”



Siyahının əvvəlində Thi Bui tərəfindən yazılan və çəkilən “The Best We Could Do” adlı cizgi romanı yer alır. Qeyts oxucunu Vynetnam Müharibəsinə aparan bu kitabı “valideyn və qaçqın olmağın anlamının arandığı bir otobiyoqrafiya” olaraq təsvir edir.


“Evicted: Poverty and Profit in the American City”


Qeytsin “yoxsulluğa səbəb olan mövzuların necə əlaqəli olduğunu anlamaq istəyirsinizsə oxumalısınız” dediyi kitab Matthew Desmond tərəfindən qələmə alınılıb. Qeyts “daha öncə oxuduğum heç bir şey ABŞ-da yoxsul olmağın nə demək olduğunu mənə bu qədər yaxşı izah etməmişdi”,- deyir.



“Believe Me: A Memoir of Love, Death, and Jazz Chickens”


Eddie Izzard öz həyatınından bəhs etdiyi bu kitabda yaşadığı çətin uşaqlıqdan, yorulmadan çalışmasından və bir ulduza çevrilməsindən bəhs edir. Siz də mənim kimi onun böyük bir heyranısınızsa, bu kitabı sevəçəksiniz, deyən Qeyts kitabı oxuyandan bir çox yerdə qəhqəhə ilə gülüb.



“The Sympathizer”


“Vyetnam müharibəsi haqqında oxuduğum kitablar və seyr etdiyim filmlərin çoxu Amerikanın siyasi baxışını izah edirdi deyən Qeyts iki tərəfə də işləyən bir xəfiyyənin hekayəsinin anlatıldığı, Viet Thanh Nguyen tərəfindən qələmə alınan bu kitab sayəsində Vyentnamlı olmaq üçün lazım olan fikirləri nəhayət ala bildiyini düşünür.



“Energy and Civilization: A History”



Kitabı qələmə alan Vaclav Smil Qeytsin ən sevdiyi yazarlardan biridir. “Energy and Civilization: A History” heyvan gücü ilə işləyən dəyirmanlardan günümüzün alternativ enerji mənbələrin axtarışına, enerji ehtiyacımızın insanın hekayəsini necə formalaşdırdığını ortaya qoyur. Qeytsin fikirincə, oxunması asan kitab deyil, amma informasiya verir.