bazar ertəsi, 18 dekabr 2017

“The Economist”dən qeyri-adi kampaniya: London sakinlərinə pulsuz şorba paylanılır - FOTO

69

Böyük Britaniyanın məşhur jurnalı “The Economist” London sakinlərinə pulsuz isti şorba paylayır.

Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, jurnal bununla sakinləri qida tullantıları problemi haqqında fikirləşməyə vadar edib, Promomarketing yazır.

Əlbəttə, bu o demək deyil ki, şorba qida tullantılarından hazırlanıb. Yox! Şorba təzə tərəvəzlərdən edilib. Rəng, forma, zahiri görüntü baxımında standartlara cavab vermir.

Supermarket və istehlakçıların yalnız “ideal” meyvə və tərəvəzlərdən istifadəsi istənilən ərzaq tullantılarının qlobal probleminə öz töhfəsini verməkdədir ki, bunun sayəsində hər il 600 min ton ərzaq Böyük Britaniyada yalnız restoranlara ixrac olunur.

"The Economist"də ümid edirlər ki, #feeding thefuture həştəqi ilə paylaşılan kamaniya insanlara ekoloji problemlər haqqında fikirləşməyə kömək edəcək və onlara məhsula daha çox ehtiyatla və səmərəli davranmağı öyrədəcək.

Kampaniya marketinq agentliyi Sense tərəfindən ərsəyə gətirilib.

İsti şorbanın paylanması üzrə kampaniya ilin soyuq fəslinə keçir və bu da ona əlavə cazibədarlıq yaradır.

Onlayn bütün fəallıqlar #feedingthefuture həştəqi ilə paylaşılır. Nəşrdən iddia edirlər ki, kampaniya artıq 5 qitədən 60 mindən çox abunəçini cəlb etməyi bacarıb.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün