bazar ertəsi, 18 dekabr 2017

“Facebook Messenger”in fəaliyyətində qlobal nasazlıq olub

69

“Facebook Messenger”in fəaliyyətində qlobal nasazlıq olub.

Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə “DownDetector” portalından bildiriblər. Problem dünən Rusiya vaxtı ilə 14:30-da qeydə alınıb.

“DownDetector” portalında “Facebook Messenger” istifadəçilərinin üçdə biri şikayət edib ki, onlar “Facebook”un serverinə qoşula və mesaj göndərə bilmirlər.

“Facebook Messenger”in fəaliyyətində müşahidə olunan problemlər haqqında ABŞ, Avropa, Asiyadan olan istifadəçilər bildiriblər. Problem, həmçinin Rusiyadan da yan keçməyib.

Qeyd edək ki, noyabrın əvvəlində qlobal nasazlıq başqa bir messenger “WhatsApp”da da müşahidə olunub.

Ən çox şikayələr Qərbi Avropa və Asiyadan olub. Xatırladaq ki, “WhatsApp” “Facebook”a aiddir, sosial platforma şirkətə 19 milyard dollara başa gəlib. Saziş 2014-cü ildə bağlanılıb.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün