“Volvo” ildırım çaxması nəticəsində işləyən billboard yaradıb.


Volvonun yeni modelinin satışları Taylanda yağış mövsümündə başlamalı idi.


Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, “Volvo Car Thailand” və “GREYnJ United” reklam agentliyi ilə birlikdə unikal reklam lövhəsi hazırlayıblar, “Brandinginasia” yazır.


Vurğulamaq lazımdır ki, yeni “S90 T8 Plug-in Hybrid” modelinin dünyanın ən təmiz enerjisində çalışdığını vurğulamaq üçün “Macco Group” mühəndisləri reklam işıqlarını açmaq üçün ildırım vuruşu istifadə etməyə izacə verən texnologiya yaradıblar.


Hər “Volvo Lightning-Powered Billboard”ları ildırım qorunması sistemi ilə təchiz edilib və ildırım axınından elektrik əldə edilir.


Kampaniya 2017-ci ilin sentyabr ayında onlayn, radio və rəqəmsal açıq hava reklam daşıyıcılarında keçirilib.


Sosial şəbəklərdə markanın pərəstişkarlarının sayı 10 dəfə artıb. Markanın digər kampaniyaları ilə müqayisədə “Volvo-Tayland”ın aylıq satışları 3 dəfə çoxalıb.