bazar ertəsi, 18 dekabr 2017

“YouTube” reklam yerləşdirmək üçün qiymətləri artıracaq

110

2018-ci ildə “YouTube” reklam yerləşdirmək üçün qiymətləri təxminən 20% artırmağı proqnozlaşdırır.

Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, “Google” və xidmətin rəhbərliyi artıq bu barədə müvafiq adamları məlumatlandırıblar.

Güman edilir ki, şirkət belə bir qərarı böyük reklamverənlər ilə yaşadığı qalmaqallara görə edir.

Məsələn, bir müddət əvvəl “Adidas”, “Mars”, “Disney” və “HP” kimi dünya markaları terrorçu və pedofillərin arasında məşhur ekstremist və pornoqrafik kanallarda öz elanlarını aşkar etdilər və sonra reklamı geri çağırdılar.

Görünür, platforma peşəkarlar tərəfindən yoxlanmış keyfiyyətli məzmun üçün mübarizə aparmaq niyyətindədir.

Bəzi reklamverənlər bu addımı müsbət qarşılayır. Güman edirlər ki, yüksək qiymətlər təhlükəsizliyi də artıracaq.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün