bazar ertəsi, 18 dekabr 2017

Komitə sədri: Azərbaycanın ərzaq brendləri oğurlanır

80

“Azərbaycanın ərzaq məhsulları brendləri, xüsusilə də şərab brendləri oğurlanaraq müxtəlif ölkələrin istehsalçıları tərəfindən istifadə olunur”

Facemark.az Report-a istinadən xəbər verir ki, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bəyan edib:

“Azərbaycan məhsulları brendlərinin oğurlanmasında ən böyük təhlükə Etmənistan təxribatıdır”.

Komitə sədri “Ağdam” şərabı ilə bağlı son dövrdə yaranan problemi də xatırladıb.

“Ağdam” brendini başqa ölkələrdə istifadə edirlər. Tanınmış “Ağdam” brendi altında müəyyən məhsul istehsal edib satırlar. Azərbaycan brendlərinin oğurlanmasının qarşısını almaq üçün müəyyən tədbirlər görülür.

Hələlik beynəlxalq mexanizm mövcud deyil. Patentlər və Əmtəə nişanları Mərkəzi öz səlahiyyəti çərçivəsində bu məsələləri həll etməyə çalışır. Bu hadisələrin baş verdiyi ölkələrdə müvafiq qurumlarla əlaqə saxlayır, müəyyən məsələlərin həllinə nail oluruq”, - deyə R.Həsənov əlavə edib.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün